Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin dəvəti ilə Gürcüstana səfər edəcək
Arannews - Prezident İlham Əliyev Gürcüstana səfər edəcək .
Tiflisdə Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin iştirakı ilə üçtərəfli zirvə toplantısı keçiriləcək.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin dəvəti ilə Gürcüstana səfər edəcək. Səfər may ayında baş tutacaq.
Məlumata görə, 6 may tarixində Tiflisdə Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin iştirakı ilə üçtərəfli zirvə toplantısı keçiriləcək.
Həmçinin bu tarixdə, türk və gürcü iş adamlarının iştirakı ilə İşgüzar Forumun da keçirilməsi nəzərdə tutulur.
Zirvə toplantısında gündəlik və beynəlxalq məsələlərin müzakirə ediləcəyi gözlənilir.