Tarix : 2014 May 02
Kod 42729

ATƏT-in sədri Azərbaycana səfər edəcək

səfər zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

Arannews - İsveçrə Konfederasiyasının Prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterin Azərbaycana rəsmi səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunacaq .

Bu barədə açıqlamasında İsveçrənin Azərbaycandakı səfiri Paskal Obişer (Pascal Aebischer) bildirib.

Səfirin sözlərinə görə, D.Burkhalter Azərbaycan rəhbərliyi, xarici işlər naziri, baş nazir və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlər zamanı əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi, Azərbaycan və İsveçrə arasında ikitərəfli münasiblərin inkişaf perspektivləri, regionda və Ukraynada baş verən hadisələr müzakirə olunacaq.

Qeyd edək ki, İsveçrə Konfederasiyasının Prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter iyunun 2-də Azərbaycana rəsmi səfər edəcək.


  • Yazılıb
  • da (də) 2014 May 02