Tarix : 2014 May 03
Kod 42734

Keyhan İran-Azərbaycan münasibətlərində medianın rolundan yazdı

Azərbaycan Respublikası hökuməti İran İslam Respublikasının xoşməramlılığı qarşılığında hansı müsbət addımı atacaqdır
Tehranda çıxan Keyhan qəzeti yazır: İran İslam Respublikasının Azərbaycan Respublikası ilə münasibətləri bu ölkənin mövcudluğunu elan etməsi və formalaşması dövründə həmişə Tehranın diqqət mərkəzində durmuşdur. Çünki İranla dini və mədəni yaxınlığı, tarixi vəhdəti, coğrafi qonşuluğu və müştərək təhlükəsizlik məsələləri olan xalqla münasibətlərin yüksəldilməsi İran İslam Respublikası quruluşunun prioritetlərindən hesab olunur.
Elə əvvəldə, Azərbaycan Respublikasının müstəqilliyinin elan olunması, sonrakı illərdə xarici müdaxilələr və dəstəklərlə Dağlıq Qarabağ böhranının yaranması, Azərbaycan Respublikasının 20% ərazisinin Qarabağ erməniləri və Ermənistan ordusunun hücumu nəticəsində işğal olunması zamanında İran İslam Respublikası digər dövlətlərin əksinə olaraq bu müharibə və toqquşma əleyhinə açıq-aşkar və qətiyyətli mövqe sərgiləyərək Azərbaycan Respublikasının ərazi bütövlüyünü vurğuladı bu münaqişəyə müzakirə yolu ilə son qoyulması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması üçün öz ciddi səyinə başladı.
Həmin dövrdə Azərbaycan Respublikasının siyasətlərində xarici müdaxilələrin, xüsusilə də sionist rejim və ABŞ-ın xərçəngvari nüfuzunun artması ilə İranın Azərbaycan Respublikası ilə münasibətləri çoxlu problemlərlə üzləşdi. Lakin İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin uzaqgörənliyi və tədbirinə əsasən, iki qardaş və şiə ölkənin münasibətlərinə xələl gətirmək üçün İran və Azərbaycan Respublikasının düşmənlərinin məkrli planlarını zərərsizləşdirmək İranın Azərbaycan Respublikası ilə münasibətləri bütün iranlı rəsmilərin diqqət mərkəzində durmuşdur.
İran İslam Respublikası öz növbəsində Azərbaycan Respublikası ilə media münasibətlərinin gücləndirilməsi üçün bu respublikanın ANS televiziyasına daimi fəaliyyət icazəsi verməklə öz iradəsini nümayiş etdirmişdir. Hazırda gözləmək lazımdır ki, Azərbaycan Respublikası hökuməti İran İslam Respublikasının xoşməramlılığı qarşılığında hansı müsbət addımı atacaqdır. Çünki Azərbaycan Respublikasında fəal İran medialarına qarşı Azərbaycan tərəfinin qeyri-məntiqli təzyiqlər tətbiq etməsinin şahidi olmuşuq. Lakin hazırkı dövrdə həm Bakı, Həm də Tehran diqqət yetirməlidirlər ki, iki dost, qonşu və qardaş ölkənin ikitərəfli mənafeyinə əsasən məntiqi fəaliyyət İran və Azərbaycan Respublikası münasibətlərinin düşmənlərinin birbaşa və yaxud dolayısı təsirlərinin qarşısını ala bilər. Azərbaycan Respublikasının ANS telekanalına İranda rəsmi fəaliyyət icazəsinin verilməsi qarşısında Azərbaycan Respublikasında Beynəlxalq Səhər telekanalının azad şəkildə fəaliyyətinə imkan və İran Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinə psixi təzyiqdən kənar fəaliyyətə şəraitin yaradılması ilə ümidvar olmaq olar ki, İran və Azərbaycan Respublikasının media münasibətləri üçün yeni perspektiv açılacaq. Belə ki, Tehran və Bakının qarşılıqlı münasibətlərin sürətləndirilməsi üzrə diplomatik uğurunu gücləndirsin. Lakin sonda yenə də diqqət mərkəzində saxlamaq lazımdır ki, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə görüşündə bələdçiliklərində bəyan olunduğu kimi, İran və Azərbaycan Respublikası münasibətlərinin düşmənləri, xüsusilə də sionist rejimin bədxahlıqları və mənfi təsirlər göstərmələrinin qarşısının alınmasının vacibliyi iki ölkə münasibətlərinin əsas məsələsidir.


  • Yazılıb
  • da (də) 2014 May 03