Tarix : 2014 May 04
Kod 42737

Dağlıq Qarabağ və Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan DAK Polşa nümayəndəliyinin rəhbəri Nail Əhməd Azərbaycanın tarixi, mədəniyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra Xocalı soyqırımı və Ağdaban faciəsini əks etdirən foto sərgi nümayiş olunub

Arannews - TURSAM Strateji Araşdırmalar Mərkəzi və DAK Polşa Nümayəndəliyi Lodz şəhərində Dağlıq Qarabağla bağlı tədbir keçirdi.

Mayın 3-də Polşanın Lodz şəhərində Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ və Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib. Lodz şəhərinin mərkəzində yerləşən Grand Hoteldə təşkil olunan tədbirdə Polşa ictimaiyyətinin nümayəndələri, Polşa universitetlərindən gəlmiş müəllim və professor heyəti, mətbuat işçiləri və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DAK Polşa nümayəndəliyinin rəhbəri Nail Əhməd Azərbaycanın tarixi, mədəniyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra Xocalı soyqırımı və Ağdaban faciəsini əks etdirən foto sərgi nümayiş olunub.

Polşadakı Azərbaycan diasporunun fəallarından olan Rəşid Rəhimli tədbir iştirakçılarına Azərbaycan-Polşa münasibətləri barədə məlumat verib və Polşada təhsil alan azərbaycanlı gənclərin fəaliyyəti barədə danışıb.

Tədbirdə iştirak edən TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov da Polşa ictimaiyyətinin nümayəndələrinə Xocalı soyqırımı və Ağdaban faciəsi barədə geniş məlumat verib və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlərdən danışib.

Tədbirdə sərgilənən fotolar polşalı gənclərin marağına səbəb olub və Xocalı soyqırımının bütün insanlığa qarşı yönəldiyini bildiriblər.

Tədbirin sonunda polşalı qonaqları maraqlandıran suallara cavab verilib.


  • Yazılıb
  • da (də) 2014 May 04