Arannews - Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasına (AŞ) üzv olan ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.
Məlumata görə, toplantı mayın 6-da Vyanada keçiriləcək.
Toplantıda AŞ-yə qonşu regionların siyasətinin müzakirəsi, demokratiya, insan haqları və qanunun aliliyi məsələləri müzakirə olunacaq. Görüş çərçivəsində E.Məmmədyarov Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi müddətindəki prioritetlərini açıqlayacaq.
Qeyd edək ki, Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi mayın 14-də başlayacaq.