İlham Əliyev yazıb : “İnanıram ki, Azərbaycan ilə İsrail arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir!!!
Arannews - Azərbaycan Respublikası Prezidenti İlham Əliyev işqalçı rejim İsrailin dırnaqarası müstəqillik gününü rejimin başçısı Şimon Peresə təbrik edib.
Təbrikdə sionist rejimi dövlət adlandıraraq deyilir: "İsrail Dövlətinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.”
İlham Əliyev yazıb : “İnanıram ki, Azərbaycan ilə İsrail arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.”
Prezident İlham Əliyev Şimon Peresə möhkəm cansağlığı, işlərində uğurlar arzulayıb.