Tarix : 2014 May 05
Kod 42757

İran və Azərbaycan müştərək iqtisadi komissiyasının növbəti iclası keçiriləcək

Möhsin Pakayin : İran və Azərbaycan müştərək iqtisadi komissiyasının iclası avqust ayında Bakıda keçirilməsi nəzərdə tutulub

Arannews - İran İslam Respublikası  və Azərbaycan müştərək iqtisadi komissiyasının növbəti (doqquzuncu) iclasınının Bakıda keçirilməsinə hazırlıq məqsədi ilə İranın aidiyyatı qurumları və müxtəlif nazirliklərin nümayəndələrinin iştirakı ilə ötən gün iclas keçirilib.

Bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsin Pakayin bildirib.

Səfirin sözlərinə görə, İran və Azərbaycan müştərək iqtisadi komissiyasının doqquzuncu iclası cari ilin avqust ayında Bakıda keçirilməsi nəzərdə tutulub.

"İranın müxtəlif nazirlik və qurumlarının iştirakı ilə keçirilən bu iclas ölkəmizin Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri zamanı əldə olunmuş razılıqların icrasında nə qədər ciddi olduğunun göstəricisidir", - deyə M.Pakayin bildirib.

M.Pakayin deyib ki, iclasda İranın Xarici İşlər, Neft, Energetika, Nəqliyyat, Kənd Təsərrüfatı, Ticarət, Sənaye və Mədənlər nazirlikləri, eləcə də Mərkəzi Bank, Ticarət Palatası və Araz Azad İqtisadi Zona Təşkilatının nümayəndələri iştirak edirdi.

Onlar İran və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün öz təklifləri müzakirə etdi və Iclasda qərara alındı ki, bütün qurumlar və nazirliklər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın artırılması üçün təkliflərini komissiyaya təqdim etsinlər.

Pakayin deyib ki, İran İslam Respublikası qonşu ölkələrlə xüsusi ilə Azərbaycanla əlaqələrini inkişaf etdirilməsi siyasətini yürüdür və hazırda iki ölkənin iqtisadi potensiallarını tanımaq və ondan yaxşı istifadə etmək üçün əlverişli şərait yaranıb.


  • Yazılıb
  • da (də) 2014 May 05