Tarix : 2014 May 05
Kod 42758

mayın 25-də Ukraynada prezident seçkiləri həyata keçirilcək ???

Rusiya bir neçə dəfə Ukraynada prezident seçkilərinin keçirilməsi üçün şərait olmadığını açıqlayıb

Arannews - “ABŞ mayın 25-də Ukraynada prezident seçkilərinin həyata keçirilməsi üçün mümkün olan hər şey edəcək”.

bu barədə ABŞ-ın Ukraynadakı səfiri Cefri Payet açıqlama verib. Onun sözlərinə görə, Ukraynada prezident seçkilərinin keçirilməsi ölkənin gələcəyi üçün çox önəmlidir:

“Ukraynadakı prezident seçkilərinin baş tutması ölkənin gələcək həyatı üçün mühüm addımdır. Məhz bu səbəbdən ABŞ Kiyevə lazım olan dəstəyi əsirgəməyəcək. ABŞ, ATƏT və Avropa Parlamenti Ukraynaya minlərlə müşahidəçi göndərəcək”.

Xatırladaq ki, Rusiya bir neçə dəfə Ukraynada prezident seçkilərinin keçirilməsi üçün şərait olmadığını açıqlayıb. Maraqlıdır ki, keçmiş baş nazir Timaşenko da seçkilərin ertələnə biləcəyi ilə bağlı fikir irəli sürüb.


  • Yazılıb
  • da (də) 2014 May 05