Tarix : 2014 May 08
Kod 42771

Gürcüstanan erməni təxribatının qarşısını almağı tələb edirik

Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyalarıni başlayacayik

Arannews - QAT Gürcüstan rəhbərliyindən erməni təxribatının qarşısını almağı tələb etdi .

Qarabağ Azadlıq Təşkilatının Tiflisdə ermənilərin “Şuşanın azad olunması” günü ilə bağlı tədbir keçirmək niyyətinə qarşı Gürcüstanın Azərbaycandakı səfirliyinə məktub göndərdi. Məktubda göstərilir: Mətbuatda gedən məlumatlara görə, Gürcüstanda fəaliyyət göstərən erməni təşkilatları, o cümlədən hansısa “Ayartun” mədəniyyət mərkəzi 2 gün sonra, mayın 9-da Tiflisdə “Şuşa şəhərinin azad olunması” günü münasibəti ilə konsert-tədbir keçirməyi planlaşdırır. Nəzərənizə çatdırırıq ki, bu, növbəti bir erməni təxribatıdır. Ermənistan Azərbaycan torpaqlarını, Qarabağı, o cümlədən Şuşanı işğal edib, indisə həyasızcasına işğalı dırnaqarası “azad etmə” kimi təqdim etməyə çalışır. Hesab edirik ki, Gürcüstan hakimiyyəti bu təxribatçı hərəkətə imkan verməməli   və dərhal qarşısını almalıdır.

 İnanırırq ki, müraciətimizə diqqətlə yanaşacaq, dərhal tədbir görmək üçün addımlar atacaqsınız. Əks halda, biz Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyalarına başlayacaq və digər təsir imkanlarından istifadə edəcəyik. Biz Azərbaycanla Gürcüstanın arasında münasibətlərin pisləşməsini istəmirik, düşünürük ki, Siz də bu fikirdəsiniz və ermənilərin bu münasibətləri korlamasına imkan verməyəcəksiniz.


  • Yazılıb
  • da (də) 2014 May 08