Arannews - QAT NİDA-çılarla bağlı bəyanat Verdi .
Qarabağ Azadlıq Təşkilatı “NİDA”-çı gənclərə ağır cəzaların verilməsi ilə bağlı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qətiyyətlə pisləyir. Bu gənclərə onların hərəkətlərinə uyğun olmayan həddindən artıq ağır cəza verilmişdir.
Məhkəmə daha yüngül cəza ilə kifayətlənə bilərdi. Biz gənclərimizi dəstəklirik. Lakin fərqli istiqamətdə çalışan gənclərə də ögey münasibət göstərməmişik. Gənclərin siyasi, ictimai cəhətdən fəal olmaları müsbət hal kimi dəyərləndirilməli, onların fəallığı, enerjisi düzgün istiqamətdə yönəldilməlidir.
Biz hesab edirik ki, Azərbaycan hər hansı beynəlxalq təşkilatın tövsiyəsi və diqtəsi ilə deyil, öz iradəsi ilə yaşamağı, ədalətli qərarlar çıxarmağı bacarmalı və özünün inkişaf yolu ilə getməlidir. Azərbaycan özü yanlış qərarları düzəltməyi bacarmalıdır. Hesab edirik ki, bu gənclər barəsində qəbul olunmuş qərar da yanlışdır və bu qərar tezliklə dəyişdirilməlidir. Bu gəncləri həbsdə saxlamağın heç bir mənası yoxdur, onlara imkan verilməlidir ki, cəmiyyət üçün daha yararlı və səmərəli fəaliyyət göstərsinlər.