Tarix : 2014 May 08
Kod 42778

İranın Azərbycana köməyi barədə digər bir tarixi sənəd-İran həmişə Arazın şimal azəriləinin müdafiəsində

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri İranın Arazın o tayının azərilərinə qədim və həmişəki köməyi və həmrəyliyi barədəki önəmli tarixi sənədi yayımladı
AranNews - Redaksiyamızın "Oyaq Təbriz"ə istinadla verdiyi məlumatına görə Möhsin Pakayin yazıb:
Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları və Konfliktologiya İnstitutunda “Şamaxı: 100 il “tam məxfi qrif"i altında" kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Mədəniyyət Mərkəzinin rəhbəri, doktor İbrahim İbrahimi ermənilərin tarix boyu törətdikləri qanlı cinayətlərdən söz açmış, Xocalıda, Şamaxıda baş vermiş soyqırımı hadisələrinin heç vaxt unudulmayacağını bildirmişdir.
Bu kitab 96 il bundan qabaq erməni terrorçularının Azərbaycanda törətdikləri cinayətlər tarixi sənəd və faktlarla öz əksini tapmışdır. Kitabda diqqəti çəkən hissələrdən biri də budur ki, foto və tarixi sənədlərlə göstərilmişdir ki, Bakı şiələrindən bir dəstəsi öldürülən vaxt İranın o zaman Bakıdakı konsulu şiələrə kömək və həmrəylik məqsədilə onların arasına gəlir. Bu sənəd İran xalqının Azərbaycan şiələri ilə qədim həmdərd və həmrəy olmasını göstərir.
Şəkilin yuxarı hissəsində farsca yazılmışdır: (Tərcüməsi) "Bakıda müsəlmanların qətlə yetirilməsi və İran konsulunun onların başı üzərinə gəlməsi".
  • Yazılıb
  • da (də) 2014 May 08