Erməni lobbisinin güclü dəstəkçilərindən olan Senat Xarici Əlaqələr Komitəsinin sədri Demokrat senator Robert Menendez və Respublikaçı, Illinois senatoru Mark Kirk tərəfindən təqdim edilən layihədə ABŞ prezidentinin 1915 hadisələrini "soyqırım" kimi tanıması istənilir
Arannews - Ermənilər uydurma «soyqırımla» ABŞ Senatının nüfuzunu yenə ələ saldılar .
ABŞ Senatına 1915 hadisələrilə əlaqədar saxta erməni iddialarını dəstəkləyən qərar layihəsi təqdim edilib.
Erməni lobbisinin güclü dəstəkçilərindən olan Senat Xarici Əlaqələr Komitəsinin sədri Demokrat senator Robert Menendez və Respublikaçı, Illinois senatoru Mark Kirk tərəfindən təqdim edilən layihədə ABŞ prezidentinin 1915 hadisələrini "soyqırım" kimi tanıması istənilir.
Demokrat senatorlar Barbara Boxer və Ed Markeynin də dəstəklədiyi layihənin əvvəl Senatın Xarici Əlaqələr Komitəsində müzakirəsi, daha sonra isə səsverməyə çıxarılması planlaşdırılır. Layihə, komitədə təsdiqlənəcəyi halında, Senatdakı Demokrat çoxluğun lideri Harry Reidin məsləhəti ilə Senat Baş Məclisinin gündəminə gətirilə bilər. Layihənin Senat Baş Məclisinə çatması üçün əvvəl Senatın Xarici Əlaqələr Komitəsindən keçməsi lazımdır. Layihənin hazırlayanlardan birinin komitədə gündəmi təyin edən başçı Menendez olması isə bu ehtimalı gücləndirir. Ardından, layihənin 24 aprelə qədər səsverməyə çıxarılması gözlənilir.
Ancaq qərar layihəsinin, qəbul edilsə belə məcburi xüsusiyyəti yoxdur.
Xatırladaq ki, Senata təqdim edilən bu son qanuna qədər ABŞ Konqresində indiyə qədər saxta erməni iddiaları ilə bağlı hazırlanmış tək bir layihə var idi. Keçən il may ayında hazırlanan və indiyə qədər 50 millət vəkilinin dəstək verdiyi layihə Konqresin Nümayəndələr Palatasının qanadına təqdim edilmişdi. Ancaq Nümayəndələr Məclisində əksəriyyəti əlində saxlayan Respublikaçıların qondarma «erməni soyqırımı» ilə bağlı qanuna isti baxmaması səbəbilə, layihənin qəbul edilmə ehtimalı çox aşağı idi.