Şahidlər ötən məhkəmə iclasında ifadə vermiş (Bloqçunun məhkəməsində 7 polis ifadə verib
Mayın 8-i Bakı Ağır Cinayətlər Məhkəməsində“Yaltaqlara dur deyək” səhifəsinin admini, gənc fəal, bloqçu Əbdül Əbilovun işi üzrə prosesdə şahidlər polislərin iddialarını yalanlayıblar
Vəkil Xalid Bağırov “Media forum” saytına deyib ki, prosesdə Əbdül Əbilov həbs olunanda və axtarış aparılarkən onu görən şahidlər dindirilib: “Şahidlər ötən məhkəmə iclasında ifadə vermiş (Bloqçunun məhkəməsində 7 polis ifadə verib) Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 7 əməkdaşının verdiyi ifadələri təkzib etdilər. Polislər deyir ki, biz Əbdülü həbs edərkən üzərindən narkotik çıxıb”.
Növbəti məhkəmə iclası mayın 15-nə təyin olunub.Bakı İstintaq Təcridxanasında saxlanan Əbdül Əbilov ötən il noyabrın 22-də tutulub. Əbdül Əbilov narkotik alverində ittiham olunur. Ailəsi onun “Facebook”dakı fəallığına görə həbs olunduğunu deyir. Əbdül Əbilov “Facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.