Tarix : 2014 May 11
Kod 42792

İlham Əliyev o vaxtkı AXC-Müsavat hakimiyyətini xəyanətkar adlandırdı

Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı böyük bəlalardan xilas etdi" APA-nın məlumatına görə, bunu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib
Azərbaycan Respublikası prezidenti İlham Əliyev qeyd edib ki, təsadüfi deyil ki, Azərbaycanda vətəndaş müharibəsi başlayanda və torpaqlarımızın bir hissəsi işğal altına düşəndə xalq öz ümidini Heydər Əliyevin adı ilə bağlamışdı: “1993-cü ildə qardaş qırğını başlamışdı. O vaxt antimilli, xəyanətkar AXC-Müsavat hakimiyyəti qardaş qanını axıtdı. Bir tərəfdən torpaqlarımız işğal altına düşürdü, digər tərəfdən isə vətəndaş müharibəsi baş alıb gedirdi. Belə ağır vəziyyətdə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı böyük bəlalardan xilas etdi”.
Prezident İlham Əliyevin sözlərinə görə, o dövrü təhlil edərkən daim bir məsələ diqqət çəkir: Əgər Heydər Əliyev Azərbaycanda olsaydı, əgər müstəqilliyin lap əvvəlindən, Sovet İttifaqı dağılan zaman Azərbaycanda rəhbərlikdə olsaydı, heç vaxt Dağlıq Qarabağ və ətraf bölgələr işğal altına düşməzdi.
  • Yazılıb
  • da (də) 2014 May 11