Əməkdaşlarımız arasında satqınlıq və xəyanətə yol verənlər də olur". Bunu Trend-ə açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev deyib.
Nazir müavini bildirib ki, Penitensiar Xidmətin bəzi əməkdaşları cəzaçəkmə müəssisələrinə mobil telefonlar, və narkotik vasitələr keçirirlər. Penitensiar Xidmətdə işlədiyim bu 3 il ərzində elə hallar olub ki, əməkdaşlarımız özləri də "içəri"yə narkotik vasitələr keçiriblər və buna görə saxlanılıblar. Xidmətin rəisi qeyd edib ki, cəzaçəkmə müəssisələrinə gizli yolla keçirilməsinə cəhd olunan narkotik vasitələrin çoxu narkotik aludəçisi olan məhkumlar üçün nəzərdə tutulur.