Tarix : 2014 May 12
Kod 42810

İnqilab Rəhbəri: Düşmənin İranın öz raket proqramını məhdudlaşdırmasını gözləməsi axmaqlıqdır

İslam İnqilabının Böyük Rəhbəri düşmənin İran İslam Respublikasının öz raket proqramlarını məhdudlaşdırması üzrə gözləntisini axmaqlıq adlandırıblar
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bazar günü İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın aviasiya qüvvələrinin nailiyyətləri üzrə sərgiyə baxış keçirdikdən sonra bu qüvvələrin baş komandanları arasında deyiblər: Qərblilər müzakirələrin gedişində elə bir şəraitdə İranın öz raket proqramını məhdudlaşdırması kimi bir gözləntiyə malikdirlər ki, davamlı olaraq İrana qarşı hərbi təhdidlər səsləndirirlər. Buna görə də bu, axmaqcasına olan bir gözləntidir.
İnqilab Rəhbəri "istedad, əzmkarlıq və bacarığı" iqtidar üçün ən mühüm amil adlandırıb və İran rəsmilərinə tövsiyə ediblər ki, xarici siyasətdə və beynəlxalq mübadilələrdə bütün yaradıcılıqları və səylərini işə salsınlar, amma, İranın ehtiyaclarını və sanksiya kimi bəzi məsələləri müzakirəyə bağlamasınlar, bu məsələləri digər yollarla həll etsinlər.
Həzrət Ayətullahülüzma Xamenei İran xalqı ilə düşmənçiliyin başlıca səbəbini istiqlal və İslam və Qurana bağlılıq adlandırıb və deyiblər: İslam və Quran müsəlman xalqları öz ayaqları üstə durmağa, islami və insani mahiyyətə söykənməyə, Allah Talaya nikbin olmağa və beynəlxalq zülm müqabilində müqavimət göstərməyə dəvət edir. Buna görə də nə qədər ki, İran xalqı İslam və Qurana və öz ali ideyalarına sadiq qaldığı zamana kimi hegemonçuların düşmənçilikləri də davam edəcək.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Hegemonçuluq cəbhəsi İran xalqını təslim olmağa və geri çəkilməyə məcbur etməyə çalışır.Amma, heç bir vəchlə bu hədəfinə nail ola bilməyəcək.
İnqilab Rəhbəri Sepah-ın aviasiya qüvvələrinin pilotsuz təyyarələrin, habelə, gəmi, ballistik raketlər və raket əleyhinə müdafiə sistemlərinə qarşı raket qurğuları və lokatorların layihələşdirilməsi və istehsalı üzrə nailiyyətlərinin nümayiş etdirildiyi sərgiyə baxış keçirib.



  • Yazılıb
  • da (də) 2014 May 12