Tarix : 2014 May 14
Kod 42812

Qarabağ müharibəsinə bir baxış: Türkiyə bir patron də vermədi

Azərbaycanlı politoloq deyib: Kəlbəcərin işğalı hadisəsində Azərbaycan dinc sakinlərin daşınması üçün Türkiyədən vertolyot istədi. Lakin Türkiyə bunu verəkdən boyun qaçırdı
AranNews - Qabil Hüseynli "Axar.az" saytına açıqlamasında Qarabağ müharibəsində Türkiyənin rolundan danışıb və bu müharibədə Türkiyənin Azərbaycana yardım etməməsi barədə bəzi nöqtələrə toxunub.
O, Kəlbəcərin işğalı zamanı Türkiyənin məhz Rusiyaya görə Azərbaycana yardım etmədiyini bildirib: “Kəlbəcərin işğalı vədəsində doğrudan da ekstremal vəziyyət yaranmışdı. Əsas məsələ ondan ibarət idi ki, ordumuz pərakəndə halda geriyə çəkilirdi. Bu, ermənilərin sayəsində baş vermirdi. Sadəcə olaraq, rus komandosları Kəlbəcərin işğalı əməliyyatında yaxından iştirak edirdilər. Ona görə də orada həm ordunun təşkil olunmasında, həm də əhalinin daşınmasında problemlər yaranırdı. Həqiqətən o zaman prezident Əbülfəz Elçibəy Süleyman Dəmirələ müraciət edərək ondan iki vertolyot istəmişdi ki, mülki əhalini işğala məruz qalmış bölgələrdən çıxarsın. Süleyman Dəmirəl isə əvəzində demişdi ki, biz sizə bir patron belə versək, bu, Rusiyanın qəzəbinə səbəb olar və münasibətləri kökündən zədələyər".
O davam edərək deyib: "Dəmirəl, açıq-aşkar demişdi ki, biz Rusiyadan çəkinirik. Bu da o zaman böyük Türkiyəpərəst olan Elçibəyi məyus etmişdi”.
Bir müddət qabaq "AranNews"də yayılmış "Boz Qurd" batalyonunun komandiri Nurəddin Xocanın Zəngilan hadisələrində İranın artileriyasının Azərbaycan ordusuna köməyi xəbəri ilə Qabil Hüseynlinin bu açıqlamasını yanaşı qoysaq, Bakı dövlət dairələrinin Qarabağ müharibəsində İranın Ermənistana kömək etməsi və Türkiyənin Azərbaycanla yaxın dost olması barədəki təbliğatlarının əsassız olduğu bir daha üzə çıxır.
  • Yazılıb
  • da (də) 2014 May 14