Tarix : 2014 May 14
Kod 42814

Türkiyə Azərbaycana 1 milyon dollar dəyərində silah-sursat satıb

Bu barədə MKE şirkətindən məlumat verilib

Arannews -  Türkiyə şirkəti ötən il Azərbaycana təqribən 1 milyon dollar dəyərində silah-sursat satıb .

Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatı (MKE) 2013-cü ildə Azərbaycana 2 004 774 lirə (966 526.33 ABŞ dolları) dəyərində ixracat həyata keçirib.

Bu barədə MKE şirkətindən məlumat verilib.

Azərbaycan MKE-nin məhsul ixrac etdiyi ölkələr siyahısında ixrac həcminə görə 6-cı ölkə olub.

Şirkət 2012-ci ildə Azərbaycana 292 332 dollar dəyərində ixracat gerçəkləşdirib.

MKE-nin Azərbaycana ixracatını snayper tüfəngləri, müxtəlif atıcı silahlar, mühəndis vasitələri, həmçinin müdafiə sənayesində istifadə olunan müxtəlif məhsullar təşkil edib.


  • Yazılıb
  • da (də) 2014 May 14