Tarix : 2014 May 14
Kod 42816

Türkiyəli nazirin Azərbaycana səfəri təxirə salınıb

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Arannews - Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın mayın 14-də Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfərin Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə baş vermiş faciə səbəbindən təxirə salındığı bildirilir.

Qeyd edək ki, İ. Yılmazın mayın 14-15-də Naxçıvan Muxtar Respublikasına səfəri nəzərdə tutulurdu.


  • Yazılıb
  • da (də) 2014 May 14