Tarix : 2014 May 15
Kod 42826

Xanım Zeynəbin(s) vəfatının ildönümü münasibətilə İranda matəm mərasimləri keçirilib

Bu gün Rəcəb ayının on beşi, İslam Peyğəmbərinin(s.ə.s) əziz nəvəsi, Əmirəlmöminin Əli(ə) və Xanım Fatimənin(s.ə) əziz qızı Xanım Zeynəbin(s) vəfatının ildönümü günüdür
Bu gün Rəcəb ayının on beşi, İslam Peyğəmbərinin(s.ə.s) əziz nəvəsi, Əmirəlmöminin Əli(ə) və Xanım Fatimənin(s.ə) əziz qızı Xanım Zeynəbin(s) vəfatının ildönümü günüdür.
On beş Rəcəb və Etekaf mərasimi ilə bir vaxtda Məşhəd şəhərində İmam Rza(ə)-ın pak məqbərəsini ziyarət edənlər, əzadarlıq etmək və mərsiyə oxumaqla Xanım Zeynəbin(s) qəmində matəm saxlayıb və göz yaşları axıdıblar.
Əhl Beyt(ə) aşiqləri o böyük xanımın yasında İranın hər bir guşəsində əyinlərinə matəm libası geyərək, müqəddəs məkanlara axın edib, o həzrətə olan eşq və məhəbbətlərini bəyan ediblər.
İran İslam Respublikası Teleradio Təşkilatı Xanım Zeynəbin(s) vəfatının ildönümü günü münasibətilə dünya müsəlmanlarına başsağlığı verir.
  • Yazılıb
  • da (də) 2014 May 15