Tarix : 2014 May 17
Kod 42829

Ermənistan və Dağlıq Qarabağ vahid ərazi olacaq

bunu Ermənistanın baş naziri Ovik Abramyan bəyan edib

Arannews - Ermənistan və Dağlıq Qarabağ vahid ərazi olacaq.

Məlumata görə, bunu “Azatutyun” radiosuna müsahibəsində Ermənistanın baş naziri Ovik Abramyan bəyan edib.

O.Abramyan bu sözləri Avrasiya iqtisadi komissiyası nümayəndəsinin bəyanatını şərh edərkən deyib.

Qeyd edək ki, mayın 14-də İrəvan-Moskva-Minsk-Astana telekörpüsü zamanı Avrasiya iqtisadi komissiyasının inkişaf və inteqrasiya departamentinin beynəlxalq tərəfdaşlıq şöbəsinin müdiri Anton Azarov Ermənistanın Avrasiya İttifaqına qəbulundan sonra ümumi sərhədin respublikanın mövcud sərhədlərindən keçəcəyini bildirib. Qondarma Dağlıq Qarabağ Respublikasına gəlincə isə A.Azarov separatçı rejimin Avrasiya İttifaqına qoşulması məsələsinin ümumiyyətlə nəzərdən keçirilmədiyini bəyan edib.


  • Yazılıb
  • da (də) 2014 May 17