Bu ağ yalan Qərb medialarında geniş formada yayıldıqdan dərhal sonra, Bakıda Qərb və Sionist rejimdən asılı medialar tərəfindən də işıqlandırılıb
Arannews - Dünya ictimaiyyətinin diqqətinin İran ilə beş üstə gəl bir qrupu arasında nüvə işi ilə bağlı müzakirələrə yönəldiyi bir şəraitdə Amerikan və Sionist mediaları İsrail rejiminin İrana silah satması kimi yalan xəbərlər yaymaqla İran İslam Respublikasının imicini korlamağa çalışırlar.
Bu ağ yalan Qərb medialarında geniş formada yayıldıqdan dərhal sonra, Bakıda Qərb və Sionist rejimdən asılı medialar tərəfindən də işıqlandırılıb.
Qərb və Sionist medialarının yolunu izləyən Azərbaycan mediaları İranın imicinə zərbə vurmaq üçün bu kimi ifadələrdən istifadə ediblər: "İran düşməni elan etdiyi İsrail ilə silah ticarətinə malikdir. İran dünyanı aldadır."
Sionist-Amerikan medialar ötən illər ərzində də davamlı olaraq dəfələrlə oxşar iddialarla İranın imicinə zərbə vurmağa çalışıblar. Amma, hər dəfə Amerikan-Sionist medialarının yalançılığının üzə çıxması ilə bu kimi anti-İran təbliğatların təsir gücü minimum həddə enmiş olub.