Tarix : 2014 May 18
Kod 42852

Nizami Gəncəvi medalı təsis olunur

Fars şerinin parlaq ulduzlarından sayılan Nizami Gəncəvinin adına Azərbaycan Respublikasında medal təsis olunacaq
Azərbaycan Respublikası Parlamenti bu gün plenar iclasında "Nizami Gəncəvi medalının təsis edilməsi haqqqında" qanun layihəsini təsdiq edib.
Nizami Gəncəvi medalı elm qarşısında xüsusi töhfə və ya xidmətə, eləcə də ixtira və digər nailiyyətə görə mükafatlandırılan şəxslərə sağlığında veriləcək.
Medal bürüncdən dairəvi qəlibə salınacaq və qızılla örtüləcək. Mükafatın üz hissəsində Nizami Gəncəvinin portreti və şairin həyat illəri təsvir olunacaq.
Bundan əvvəl İran İslam Respublikasında da Nizami Gəncəvinin irsini və onun fars dilli ədəbiyyatda parlayan şer məcmuələrini dəyərləndirmək üçün xüsusi möhür təsis olunmuşdur ki, Nizami Gəncəvinin təsviri onun üzərinə həkk olunub.
Son illərdə Nizami Gəncəvinin irsini təhrif etmək üçün Azərbaycan Respublikasında bəzi ifrat qövmçü qüvvələr tərəfindən Nizami Gəncəvinin Gəncə şəhərində məğbərəsində olan şairin fars dilindəki şerlərini ehtiva edən lövhələr dağıdılmışdır ki, bu İranda ciddi narazılığa səbəb olmuşdur.

  • Yazılıb
  • da (də) 2014 May 18