vəhhabilər və nurçuların təhlükəli nüfuzundan sonra, “Yehovanın Şahidləri” tərəfdarlarının da təhlükələri üzə çıxır
Arannews - Azərbaycan Respublikasında vəhhabilər və nurçuların təhlükəli nüfuzundan sonra, “Yehovanın Şahidləri” tərəfdarlarının da təhlükələri üzə çıxır.
“Yehovanın Şahidləri” təlimləri Bakıdan sonra rayonlara da yayılmaqdadır.
Qaxda “Yehovanın Şahidləri” təlimini yaymaqla məşğul olan şəxslər yaxalanıblar.
Qax Rayon Polis Şöbəsindən verilən məlumata görə, saxlanılanlardan biri azyaşlıdır.
Məlumat əsasında həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Gülarə Hüseynova, Qax rayon sakini Təranə Xususşvili və onun qızı, 14 yaşlı Luka Xususvili tutulub. Onlardan yayılması qadağan olunmuş “Əhdi Ətiq” kitabı götürülüb.