Tarix : 2014 May 21
Kod 42888

İlham Əliyev Çində Qarabağdan danışdı

Azərbaycan prezidenti İlham Əliyev mayın 20-də Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşüb
APA-nın verdiyi məlumata görə, Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Çin Xalq Respublikasının sədri Si Cinpin prezident İlham Əliyevi qarşılayıb. Sonra dövlət başçıları xatirə şəkli çəkdiriblər.

Daha sonra ÇXR sədri Si Cinpin və prezident İlham Əliyev çıxış ediblər.

Görüşdə Azərbaycan ilə Çin arasında energetika, infrastruktur, nəqliyyat, ticarət dövriyyəsinin artırılması, texnologiyalar, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, humanitar, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Söhbət zamanı beynəlxalq, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Yazılıb
  • da (də) 2014 May 21