Tarix : 2014 May 21
Kod 42896

Qarabağdan az danışın

Erməni baş nazir bu barədə az danışmağı məsləhət görür

Arannews - Ermənistan hökumət proqramının müzakirəsi zamanı ölkənin Gömrük Şurasına üzvlüyündən sonra Ermənistan-“Dağlıq Qarabağ Respublikası” sərhədində qurulub-qurulmayacağı mübahisə doğuran gömrük məntəqələri gündəmə gəlib.

Məlumata görə, baş nazir Ovik Abramyan müxalifətçi deputat Aleksandr Arzumanyana bu barədə az danışmağı məsləhət görüb.

A.Arzumanyan bildirib ki, hökuməti proqramında xarici siyasət prioriteti kimi Gömrük Şurası və Avrasiya İttifaqlarına üzvlük qeyd edilib. Deputat Gömrük Şurası rəsmilərinin Ermənistanla “Dağlıq Qarabağ Respublikası” arasında gömrük məntəqələrinin qurulmasının vacibliyi barədə fikirlərini xatırladıb.

“Siz deyə bilərsinizmi ki, belə bir şərt irəli sürülərsə, Ermənistan Gömrük Şurasına üzvlükdən imtina edəcəkmi” sualına baş nazir aşağıdakı kimi cavab verib: “Bu barədə daha az danışmaq lazımdır. Çünki, bu danışıqlara mane olur. Mən xahiş edərdim ki, bu haqda daha az danışılsın”.


  • Yazılıb
  • da (də) 2014 May 21