Arannews - Vladimir Putinin Çinə səfəri zamanı imzalanmış sənədlər arasında “Qazprom” vasitəsilə qazın nəqli ilə bağlı müqavilə yer almayıb.
bu barədə Çində olan rus nümayəndə heyətindən biri məlumat verib.
Mənbə bildirib ki, “Qazprom” və şərq marşrutu məsələsi imzalanacaq sənədlər içərisində olsa da, imzalanma mərasimi zamanı adıçəkilən bəndlər ora salınmayıb.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə səfərin hələ başa çatmadığını və “Qazprom”la Çinin CNPC şirkəti arasında müqavilənin hər zaman imzalana biləcəyini bildirib.
Onun sözlərinə görə, danışıqlar davam etdirilir və qiymətlə bağlı məsələləri başa çatdırmaq lazımdır.
Qeyd edək ki, Rusiya qazının iki istiqamətdə - şərq və qərb marşrutu üzrə Çinə ötürülməsi ilə bağlı danışıqlar 2004-cü ildən aparılır. /Axar.az