Dindar 2 yaşlı qızını hələ ziyarət edə bilməyib və 2 yaşlı qız atasının intizarını çəkir
Arannews - "Eurovision"2012 mahnı müsabiqəsi ərəfəsində "Gey-parad"a qarşı etiraza görə həbs olunan dindar Əlimxan Hüseynovun həbsindən 2 il ötür. Dindar 2 yaşlı qızını hələ ziyarət edə bilməyib və 2 yaşlı qız atasının intizarını çəkir.
Məhbus dindar, Əlimxan Hüseynovun həyat yoldaşı beynəlxalq Səhər kanalına müraciət edərək, dindara qarşı törədilmiş haqsızlığı birdaha xalqa və dünya ictimaiyyətinin diqqətinə çatdırmağı istədi.
20 may 2012-ci ildə həbs olunan dindar Əlimxan Hüseynov "Eurovision" mahnı müsabiqəsi ərəfəsində "Gey-parad"a qarşı etirazlarına görə ağır həbslə üzləşib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012 il 9 dekabr hökmünə əsasən, Hüseynov Elimxan 7 il azadlıqdan məhrum edilib. Məhbus dindarın həyat yoldaşı dindara qarşı çıxarılan cəzanı tam ədalətsiz sayır.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012 il 9 dekabr hökmünə əsasən, Avroviziya və qey-paradın Azərbaycan xalqının mənəviyyatına qarşı olduğunu bildirən diskin yayılmasına görə həbs olunmuş dindarlar “Azadxeber.net” saytının baş redaktoru Nicat Əliyev 10 il, Nəsirov Elvin və Ceyhun Səfərli 9 il, Valeh Abbasov 8 il, Camalov Qorxmaz və Hüseynov Elimxan 7 il, Hüseynov Samir 6 il, Əliyev Əli 4 il, Tofiqli Emin və Məmmədov Səfər isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Dindarlar ittihamları saxta və verilən cəzaları ədalətsiz sayırlar.