Tarix : 2014 May 22
Kod 42912

Azərbaycan Respublikası vətəndaşları öz ölkələrinin vətəndaşlığından imtina etməlidirlər

Azərbaycan Respublikasında Rusiya vətəndaşlığını qəbul etməyə dair çoxsaylı müraciətlər olunub

Arannews - Rusiyanın Azərbaycandakı səfirliyi çoxsaylı müraciətlərlə əlaqədar Rusiya vətəndaşlığının verilməsi proseduruna edilən dəyişikliklərlə bağlı məlumat yayıb və bildirib ki, müvafiq dəyişikliklər Rusiya ərazisində yaşayan və rus dilini bilən əcnəbilər, habelə vətəndaşlığı olmayan şəxslər üçün Rusiya vətəndaşlığına qəbulu qaydalarının sadələşdirilməsini nəzərdə tutur.

Əsas şərtlərdən biri odur ki, həmin şəxslər öz ölkələrinin vətəndaşlığından imtina etməlidir.

Son aylarda Azərbaycan Respublikasında Rusiya vətəndaşlığını qəbul etməyə dair çoxsaylı müraciətlər olub.


  • Yazılıb
  • da (də) 2014 May 22