Tarix : 2014 May 23
Kod 42921

Azərbaycan və İran müdafiə nazirləri arasında ikitərəfli görüş keçirilib

Tərəflər hərbi sahədə əməkdaşlığı inkişaf etdirəcək və möhkəmləndirəcəklər

Arannews - Rusiya paytaxtında Azərbaycan və İran müdafiə nazirləri arasında ikitərəfli görüş keçirilib.

Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ilin aprel ayında İran İslam Respublikasına etdiyi səfəri məmnuniyyətlə xatırladığını bildirib.

O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini söyləyib: "Tərəflər hərbi sahədə əməkdaşlığı inkişaf etdirəcək və möhkəmləndirəcəklər".

İranın müdafiə naziri Hüseyn Dehqan isə öz növbəsində ölkəsinin Azərbaycanla əməkdaşlığa hər zaman hazır olduğunu bildirib.

 


  • Yazılıb
  • da (də) 2014 May 23