Rusiya Azərbaycana 100 ədəd T-90C tankını təhvil vermə prosesini bir ay öncə başa çatdırıb
Arannews - 100 ədəd T-90C tankını Rusiya tərəfi Azərbaycana təhvil verib.
“İtar-tass”-in verdiyi xəbərə görə, ”KADEKS-2014” sərgisi zamanı Rusıyanın Hərbi Texniki Əməkdaşlıq üzrə Federal xidmətinin direktor müavini Konstantin Biryulin bildirib ki, Rusiya Azərbaycana 100 ədəd T-90C tankını təhvil vermə prosesini bir ay öncə başa çatdırıb.
Konstantin Biryulin qeyd edib ki, 2-ci dəfə də bu həcmdə tankların Azərbaycan tərəfinə verilməsi nəzərdə tutulsa da, hələki kontrakt imzalanmayıb.
Qeyd edək ki, 100 ədəd T-90C tanklarının satışı üzrə müqavilə 2011-ci ildə imzalanıb.
Aleksandr Biryulin Azərbaycanla Mi-117 və M35 vertalyotlarının təhvil verilməsi işləri davam etdirilir.