buna səbəb Azərbaycanın assambleyanın üzvü olan René Rouquet-ə verilmiş vizanı son anda ləğv etməsidir
Arannews - Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə iclaslarının yaxın 2 ildə Azərbaycanda keçirilməsinə qadağa qoyuldu.
AŞPA-dan bildiriblər ki, buna səbəb Azərbaycanın assambleyanın üzvü olan René Rouquet-ə verilmiş vizanı son anda ləğv etməsidir.
Bu da onun AŞPA-nın mayın 22-23-də Bakıda keçirilən Büro iclasına qatılmasını əngəlləyib.
AŞPA-nın Bürosu qərara alıb ki, iyunun 1-dən etibarən assambleyanın komitə iclasları 2 illiyinə Azərbaycanda keçirilməsin.
Büro bildirir ki, Azərbaycanın hərəkəti Avropa Şurası qarşısında öhdəliklərin və AŞPA-nın Paris protokolunun pozulmasıdır.