Tarix : 2014 May 23
Kod 42928

AŞPA Azərbaycanı komitə iclaslarına ev sahibliyi etməkdən məhrum etdi

buna səbəb Azərbaycanın assambleyanın üzvü olan René Rouquet-ə verilmiş vizanı son anda ləğv etməsidir

Arannews - Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə iclaslarının yaxın 2 ildə Azərbaycanda keçirilməsinə qadağa qoyuldu.

AŞPA-dan bildiriblər ki, buna səbəb Azərbaycanın assambleyanın üzvü olan René Rouquet-ə verilmiş vizanı son anda ləğv etməsidir.

Bu da onun AŞPA-nın mayın 22-23-də Bakıda keçirilən Büro iclasına qatılmasını əngəlləyib.

AŞPA-nın Bürosu qərara alıb ki, iyunun 1-dən etibarən assambleyanın komitə iclasları 2 illiyinə Azərbaycanda keçirilməsin.

Büro bildirir ki, Azərbaycanın hərəkəti Avropa Şurası qarşısında öhdəliklərin və AŞPA-nın Paris protokolunun pozulmasıdır.


  • Yazılıb
  • da (də) 2014 May 23