Tarix : 2014 May 24
Kod 42933

Azərbaycanın məhbus islamçılarının xətri əziz saxlanılmalıdır

məhbus islamçılar böyük insanlar və nemətlərin vəlisidir və onların xatiri əziz saxlanılmalıdır

Arannews - Ərdəbilin imam cüməsi və Vəliyyi Fəqihin nümayəndəsi Höccətülislam Seyid Həsən Amili bugünkü cümə namazı xütbələrində Azərbaycan Respublikasının ruhaniləri, tələbələri, möminləri və islamçılarının həbsinə toxunaraq bildirib: Onlar böyük insanlar və nemətlərin vəlisidir və onların xatiri əziz saxlanılmalıdır.

Ərdəbilin imam cüməsi deyib: Bu şəxslər xəyanət etməyiblər, narkotik maddələri yaymayıblar, oğurluq etməyiblər, silah çəkməyiblər və hökumətə qarşı qiyam etməyiblər. Yalnız ilahi ayələr və Allahın əmri yəni hicabı müdafiə etdiklərinə görə həbs olunublar. Bu böyük insanlara töhmət vurmaq gülüncdür. Onlar öz qeyrəti, dini və namusunu müdafiə etdiklərinə görə həbs olunublar. Hamıya lazımdır ki, onların xətrini hər bir yerdə əziz saxlasın. Onların həbsinin davam etməsi ilahi əmrin yerdə qalmasına səbəb olacaq. /sahartv.ir

 

  • Yazılıb
  • da (də) 2014 May 24