Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib
Arannews - YAP 500-dən
çox rayon, şəhər təşkilatlarında bələdiyyə seçkilərində iştirak üçün namizədlərin
müəyyənləşdirir.
Bunu Yeni Azərbaycan
Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov
bildirib. Onun sözlərinə görə, 5 il müddətində YAP tərəfindən seçilmiş
insanların və o cümlədən növbəti seçkilərdə iştirak etmək istəyən insanlar
arasında seçim başlanıb. YAP rəsmisi vurğulayıb ki, təhlil başa çatdıqdan sonra
müəyyən olacaq ki, onlardan kimin növbəti namizədliyi irəli sürüləcək, neçə
faiz iştirak etməyəcək və yaxud nə qədər insan yeniləri ilə əvəzlənəcək: “Bütün
YAP mərkəzi aparatının işçiləri başda olmaqla hər kəs bu işlə məşğuldur. Hesab
edirik ki, builki bələdiyyə seçkilərində də hakim partiya uğurlu qələbə
qazanacaq”.