Tarix : 2014 May 25
Kod 42950

ABŞ səfirliyi Azərbaycan rəsmisini təhqir etdi

ABŞ səfirliyi Ramiz Mehdiyevi təhqir etdi

Arannews - ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin səfir Riçard Morninqstarı tənqid etməsinə təhqiramiz cavab verib.

ABŞ səfirliyi cavabında yazıb: "Səfir Riçard Morninqstarın dünən dediyi kimi insanların, cənab Ramiz Mehdiyev də daxil olmaqla fikrini ifadə etmək hüququ var."

Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev “AzərTAc” Dövlət Agentliyinə müsahibəsində səfir Morninqstarın Azadlıq Radiosuna müsahibəsində dediklərini kəskin tənqid edib.

R. Mehdiyev qeyd edib ki, ABŞ səfirinin müsahibəsi təəccüb doğurur.

Ramiz Mehdiyev deyib: "Bu, ölkənin daxili işlərinə açıq, birbaşa, kobud müdaxilədir və buna haqq qazandırmaq mümkün deyil. Bu həm də Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına görə yolverilməzdir .


  • Yazılıb
  • da (də) 2014 May 25