Arannews - Qarabağ uğrunda müharibə hələ başa çatmayıb".
Məlumata görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublika partiyasının 15-ci qurultayında deyib. O, bildirib ki, atəşkəs haqda sazişin imzalanmasından 20 il keçməsinə baxmayaraq , Dağlıq Qarabağ müharibəsi nə uduzan, nə də udan tərəf üçün bitib.
Prezidentin sözlərinə görə, hazırda Dağlıq Qarabağ ətrafında informasiya müharibəsi gedir.
“Bu müharibədə güllələrdən istifadə edilmir”, - deyə Serj Sarkisyan bildirib.