Arannews -
dünən Azərbaycan İslam Partiyasının təşəbbüsü
və təşkilatçılığı ilə qurumun ofisində dəyirmi masa keçirildi.
Tədbirin əsas mövzusu müsəlmanların yeddinci imamı İmam
Museyi-Kazim (ə)-ın dövrünün zalım xəlifələri tərəfindən zülmə məruz qalması,
ömrünün on ilini müxtəlif zindanlarda keçirməsi ilə hazırkı dövrdə əqidəsinə
görə haqsız olaraq həbs olunan vicdan məhbuslarının həyatı arasında paralellik
idi.
Tədbirə tanınmış bir
sıra ictimai-siyasi xadimlər, ruhani alimlər dəvət olunmuşdular.
həmçinin dünən "Cəfəri" heyəti İmam Museyi Kazimin
(ə) şəhadəti ilə bağlı tədbir təşkil edib.
Tədbirdə ilahiyyatçılar Hacı Seyid Mircəfər Əyyubzadə və Kərbəlayi Fərhad Mirzə
çıxış edib, Kərbəlayi Zaur nöhə və mərsiyələr oxuyub.
Tədbirlərdə zindanda olan islamçılar yad edilib. /islaminsesi &
islamazeri