Tarix : 2014 May 25
Kod 42959

Azərbaycan Respublikasinda İmam Museyi-Kazim(ə)-ın şəhadəti qeyd olundu

Tədbirlərdə zindanda olan islamçılar yad edilib

Arannews  - dünən  Azərbaycan İslam Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə qurumun ofisində dəyirmi masa keçirildi.

Tədbirin əsas mövzusu müsəlmanların yeddinci imamı İmam Museyi-Kazim (ə)-ın dövrünün zalım xəlifələri tərəfindən zülmə məruz qalması, ömrünün on ilini müxtəlif zindanlarda keçirməsi ilə hazırkı dövrdə əqidəsinə görə haqsız olaraq həbs olunan vicdan məhbuslarının həyatı arasında paralellik idi.

 Tədbirə tanınmış bir sıra ictimai-siyasi xadimlər, ruhani alimlər dəvət olunmuşdular.

 

həmçinin dünən "Cəfəri" heyəti İmam Museyi Kazimin (ə) şəhadəti ilə bağlı tədbir təşkil edib.

Tədbirdə ilahiyyatçılar Hacı Seyid Mircəfər Əyyubzadə və Kərbəlayi Fərhad Mirzə çıxış edib, Kərbəlayi Zaur nöhə və mərsiyələr oxuyub.

Tədbirlərdə zindanda olan islamçılar yad edilib. /islaminsesi & islamazeri



  • Yazılıb
  • da (də) 2014 May 25