Tarix : 2014 May 25
Kod 42963

Rusiyalı politoloq , Ermənistanla Dağlıq Qarabağı vahid iqtisadi sistem adlandırıb

Ermənistanın Qarabağ siyasətinə Rusiya göz yumacaq

Arannews - "Məncə, Ermənistanın Dağlıq Qarabağla sərhəd keçid məntəqləri quraşdırması məsələsi elə də böyük problem yaratmayacaq". 

Bu açıqlama ilə rusiyalı politoloq Aleksandr Duqin çıxış edib.  

O, Ermənistanla Dağlıq Qarabağı vahid iqtisadi sistem adlandırıb:  

"Doğrudur, Gömrük İttifaqı hazırda Qarabağın statusu ilə bağlı heç bir məsələyə baxmayacaq. Ermənistanla Dağlıq Qarabağ onsuz da hər zaman vahid iqtisadi sistemin tərkib hissəsi olub. Mənə elə gəlir ki, belə məsələlərə çox güman ki, göz yumulacaq".


  • Yazılıb
  • da (də) 2014 May 25