Tarix : 2014 May 26
Kod 42966

"AranNews"in müdiri: İran və Azərbaycanın ictimai-mədəni münasibətlərinin möhkəmlənməsi bizim əsas hədəfimizdir

Biz hətta, bizim əleyhimizə işləyən saytları da düşmən toruna düşmüş qardaşlarımız billirik

 

Xocalı  faciəsi, 20 Yanvar və Qarabağ məsələləri kimi bəzi münasibətlərdə ortaq praqramlar işləməyə hazırıq.

Biz hətta, bizim əleyhimizə işləyən saytları da düşmən toruna düşmüş qardaşlarımız billirik. Şəffaflıq və səmimi qardaşlıq mühiti yaratmaq üçün biz onlarla qarşılıqlı xəbər əlaqələri yaratmağa hazırıq. Ona görə də elə buradan onları İrana səfər etməyə və İran mediası ilə tanış olmağa dəvət edirəm

Təbriz Universitetinin elmi heyətinin üzvü və Aran Mədəniyyət və Araşdırmalar İnstitutunun müdiri doktor Məhəmməd Əli Mütəfəkkirazad "Aran Xəbər Agentliyi" barədə bir sıra sualları cavablandırıb.

- Cənab Məhəmməd Əli Mütəfəkkirazad siz Aran Mədəniyyət və Araşdırmalar İnstitutunun təsisçilərindənsiniz və onun müdiriyyətini öhdənizə almısınız. Bu institutun yaradılmasında hansı hədəfləriniz olmuşdur?

- Bismillahir-rəhmanir-rəhim

Bildiyiniz kimi Aran institutu 2000-ci ildə təsis edilmişdir. Sovet hökumətinin devrilməsindən və bu hegemon dövlətin boyunduruğunda olan xalqların azadlığa çıxmasından sonra İran xalqında xüsusilə də universitet və mətbuat elitasında Qafqaz xalqları və Azərbaycan Respublikası ilə tanışlıq üçün maraq yarandı. Ölkəmizin şimal-qərb məntəqəsində tanışlıq üçün araşdırma aparmağa xüsusi şərait yox idi. Ona görə də universitet müəllimlərindən və Qafqaz darisə üzrə tədqiqatçılardan bir neçəsi ilə birlikdə bu institutu təsis etmək fikrinə düşdük. Allahın köməyi ilə indiyə kimi bir neçə dəyərli fəaliyyət institut tərəfindən yerinə yetirilib. Onlardan bəzilərinə işarə edəcəyik. Ümumi olaraq institut İranın Qafqaz regionu ilə ictimai və mədəniyyət münasibətlərinin artırılması məqsədilə yaradılıb.

- Qeyd etdiyiniz önəmli hədəfin gerçəkləşməsi üçün hansı işləri görmüsünüz?  

- İnstitut təzə təsis olunduğu illərdə qeyri-dövlət təşkilatı olduğumuz üçün bir sıra problemlərlə üzləşirdik. İlkin ehtiyaclarımız mədəniyyət sahəsinin məsulları, elm və mədəniyyətə maraqlı insanların vasitəsilə aradan qaldırıldı. İranın Qafqaz regionu, əsasən də Azərbaycanla münasibətlərinin dərinləşməsini İran və Azərbaycanın müxtəlif sahələrdə elitasını tanımağın lüzumunu nəzərə alaraq bu mövzunu öndə saxladıq, ölkənin şimal-qərb universitetlərində elm, media sahələrinin elitasını tanımaq məqsədilə müxtəlif seminarlar, konfranslar təşkil etdik. Təbriz və digər universitetlərlə birgə təşkil etdiyimiz "Səfəvilik" və "Qafqaz tarix konteksində" beynəlxalq konfranslar İran və Azərbaycan elm adamlarının dostluq yaratmaları üçün yaxşı imkanlar yaratdı. Bundan əlavə media nümayəndələrindən bir neçəsi Azərbaycana səfər etdilər, müxtəlif konfrans və görüşlər təşkil etdilər. İran universitet müəllimlərinin də Bakıya səfəri bu proqram çərçivəsində idi və Allahın köməyi ilə bir neçə mərhələdə bu baş tutmuşdur və davam edir.

- Cənab doktor, iki ölkə xalqının yaxınlaşması hədəfində "AranNews"in fəaliyyətini necə dəyərləndirirsiniz?

- "AranNews", tarix və mədəniyyət hadisələrini iki ölkə xalqına düzgün çatdırmaq üçün təsis edilib. Həqiqətdə bu sayt İran və Azərbaycanın müsəlman xalqları arasındakı əlaqə körpüsüdür. Buna görə də saytımız bir neçə dildə fəaliyyət göstərir, lakin əsas dilləri fars və azəricədir. "AranNews" saytı Azərbaycan Respublikasında baş verən hadisələri İran xalqına, əsasən də şimal-qərb bölgələrinin əhalisinə əks etdirir. Əlbəttə, bununla yanaşı İranda Azərbaycanla bağlı baş tutan görüşləri, nəzərləri də azəricə Azərbaycan xalqına çatdırmağa çalışır.

- Azərbaycan Respublikasının saytlarından çox az sayda bəziləri "AranNews" saytı fəliyyətlərinə irad tutmağa çalışırlar. Sizin bu barədə nəzəriniz nədir?

- Azərbaycan Respubllikasında müxtəlif saytlar fəaliyyət göstərir və onlardan bəzilərinin hansısa nəzəri ola bilər. Bizim araşdırmalarımıza görə, Azərbaycanın bir çox saytları "AranNews"in məlumatlarından istifadə edir. Biz də Azərbaycanın müxtəlif yönümlü saytlarının xəbərlərini əks etdiririk. Biz unutmamalıyıq ki, Tehran-Bakı münasibələrinin möhkəmlənməsi bəzi ölkələrin və dairələrin ürəyincə deyil, ona görə də bəzi şeytanlıqlar etmələri mümkündür. Biz hətta, bizim əleyhimizə işləyən saytları da düşmən toruna düşmüş qardaşlarımız billirik. Şəffaflıq və səmimi qardaşlıq mühiti yaratmaq üçün biz onlarla qarşılıqlı xəbər əlaqələri yaratmağa hazırıq. Ona görə də elə buradan onları İrana səfər etməyə və İran mediası ilə tanış olmağa dəvət edirəm.

- "AranNews"in iş dairəsinin Qafqaz, əsasən də Azərbaycan Respubllikası məsələlərinə aid olmasına diqqət etməklə sizin Azərbaycanın mədəniyyət təşkilatları və bu ölkənin dövlət nümayəndəlikləri ilə qarşılıqlı əlaqələriniz necədir?

- Dediyimiz kimi, bizim Azərbaycanın universitetləri, çoxlu mediası və mədəniyyət ocaqları ilə qarşılıqlı əlaqələrimiz vardır. Hətta çalışırıq ki, Azərbaycanın Tehrandakı hörmətli səfirinin görüşlərini, həmçinin Təbrizdəki konsulluğunun xəbərlərinin əks etdirək. Nümunə olaraq deyə bilərəm ki, son günlərdə bu ölkənin mərhum prezidenti Heydər Əliyevin doğum gününə aid xəbərləri saytda yerləşdirdik. Biz öz media missiyamıza əsasən, Azərbaycana aid olan xəbərlərin işıqlandırılmsında heç bir məhdudiyyətimiz olmayacaq.

Xocalı  faciəsi, 20 Yanvar və Qarabağ məsələləri kimi bəzi münasibətlərdə ortaq praqramlar işləməyə hazırıq. Bununla da həm öz media missiyamızı, həm də dini missiyamızı həyata keçirmiş olarıq.

- İran-Azərbaycan münasibətlərinin möhkəmlənməsi prosesinin başlanması ilə eyni zamanda "AranNews"in də siyasətlərində dəyişiklik olubmu?

- Baxın, "AranNews" qeyri-dövət saytıdır və onun siyasətləri dövlətin siyasətlərinə bağlı deyil. Lakin təbiidir ki, iki ölkə münasibətləri dostcasına olarsa, "AranNews" bu dostluq xəbərlərini işıqlandıracaq. Amma bu münasibətlərdə gərginlik yaransa, saytımız öz media peşəkarlığı ilə həmin xəbəri dərc edəcək. Biz həmişə münasibətlərin yaxşılaşmasına çalışmışıq. Biz çox şadıq ki, Azərbaycan Respubllikasının hörmətli prezidentinin İrana səfərindən sonra iki ölkə arasındakı münasibətlərin möhkəmlənməyə doğru getməsinin şahidiyik.

- Sonda istərdim ki, demək istədiyiniz hansısa mövzu varsa, açıqlayasınız.

- Mən sizə təşəkkür edirəm. Azərbaycan Respublikasının dövlətinə və xalqına günbəgün artan müvəffəqiyyət arzu edirəm. Bir universitet müəllimi kimi belə düşünürəm ki, dövlətlər arasındakı münasibətlərdə eniş-yoxuşların olması mümkündür. Lakin biz İran və Azərbaycanın universitetləri, mediaları, mədəniyyət ocaqları arasında möhkəm münasibətlər qura bilərik və bu barədə öz bakılı qardaşlarımıza tərəf kömək əlimizi uzadırıq.


  • Yazılıb
  • da (də) 2014 May 26