Tarix : 2014 May 26
Kod 42976

İslamçılara hökm oxundu

Tale Bağırovun məhkəməsi zamanı həbs olunmuş islamçılara hökm oxunub

Arannews - Bu gün Hacı Tale Bağırovun məhkəməsi zamanı həbs olunmuş islamçılara hökm oxunub

bu gün Sabunçu rayon məhkəməsində ruhani Hacı Tale Bağırovun məhkəməsində yaranmış insidentə görə saxlanılan Məhərrəm Süleymanov, Nail Rəşidov, Alim Rahibzadə və Seyid Musarza Heydərova hökm oxunub.

Hakim Məhərrəm Süleymanov Nail Rəşidov və Alim Rahibzadəyə 9 ay, Musarza Heydərova isə 7 ay hökm oxuyub.

Qeyd edək ki, Məhərrəm Süleymanov, Nail Rəşidov, Alim Rahibzadə 2 ay sonra buraxılacaq. Musarza Heydərov isə 2 günə azadlığa çıxacaq.


  • Yazılıb
  • da (də) 2014 May 26