Tarix : 2014 May 27
Kod 42979

erməni podpolkovnik öldürüldü

Dağlıq Qarabağda erməni podpolkovnik öldürüldü

Arannews -  Dağlıq Qarabağ münaqişəsi zonasında Dağlıq Qarabağdakı separatçı rejimin “ordu”sunun podpolkovniki ölüb. 

Separatçıların “Müdafiə Nazirliyi” təmas xəttinin cənub istiqamətində Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində podpolkovnik Qarik Balayanın həlak olduğu haqda xəbər yayıb.     

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə açıqlamasında deyib ki, Azərbaycan tərəfi atəşkəsi pozmur: “Atəşkəs rejimi hər dəfə düşmən tərəfindən pozulur və onlara cavab atəşi açılır. Deyilən fakta bizim aidiyyətimiz yoxdur. Bu, onların öz daxillərində olan problemlərdir”.

 


  • Yazılıb
  • da (də) 2014 May 27