Arannews - “Mən artıq Gömrük İttifaqı-Ermənistan görüşündə demişəm ki, Dağlıq Qarabağın statusu Ermənistan üçün elə də zəruri məsələ deyil”.
Bu sözləri MDB ölkələri institutunun rəhbəri Konstantin Zatulin Ermənistan Baş nazirinin Gömrük İttifaqına Qarabağsız girməyəcəkləri ilə bağlı bəyanatını şərh edərkən deyib. O, Ermənistanın Qarabağla bağlı açıqlamasını heç vaxt eşitmədiyini bildirib:
“Kontekstdən kənar olan məsələləri tez-tez şərh etmirəm. Düşünmürəm ki, Ermənistan və digər hansısa baş nazir bu müzakirəni ümumiyyətlə Gömrük İttifaqı ilə aparıb. Bu, çox güman ki, əsas məsələ ilə əlaqədar edilmiş açıqlamadır. Mən bir dəfə də olsun eşitməmişəm ki, Ermənistanın Baş naziri Gömrük İttifaqı ilə danışıqlar aparan zaman təşkilatın Qarabağı tanıması tələbini irəli sürsün. Mən sizi əmin edirəm ki, belə bir açıqlama ümumiyyətlə olmayıb. Əgər olsa, bu, bizim üçün çox təəccüblü olardı. Ermənistan utanmadan Gömrük İttifaqına girməmək üçün Qarabağdan istifadə edir”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Ovik Abramyan bir müddət öncə Gömrük İttifaqına tərkibinə girən zaman Qarabağın ondan ayrılmayacağını bildirmişdi.