Tarix : 2014 May 28
Kod 42997

Vəfa Quluzadə: "Rusiya Dağlıq Qarabağı güzəştə gedə bilər. Bunun müqabilində Qərbdən nə isə ala bilər"

Rusiya paytaxtında Sergey Lavrovla birgə keçirdiyi brifinqdə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Dağlıq Qarabağla bağlı çox pozitiv fikirlər səsləndirib. Brifinqdə qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün yaxşı şərait yaranıb: “Bugünkü danışıqlarda hörmətli Sergey Lavrovla Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə etdik. Ukraynada baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinin həllinin tez bir zamanda həllinin vacibliyini göstərir”

a mövzu ilə bağlı fikrilərini açıqlayan politoloq Vəfa Quluzadə deyib ki, bu fikirlər deklorativ xarakter daşıya bilər: “Mən hələlik Rusiyanın heç bir bəyanatına inanmıram. Çünki, Dağlıq Qarabağ məsələsinin həllinə bu günədək mane olan qüvvə Rusiya olubdur. Bu baxımdan bu fikirlər deklorativ xarakter daşıya bilər. Rusiya Minsk qrupunda guya ki, Dağlıq Qarabağ münaqişəsinin həll etməyə səy göstərir, amma ermənilər razılıq verəndə başlarına iş gəlir. Yəni bu cür bəyanatlar çox verilib. Lavrovdan da yüksək səviyyəli rəsmilər bu mövzuda bəyanatlar verib. Boris Yetsin, Bill Klinton, Jak Şirak Amerikanın Denver şəhərində 1998-ci ildə bəyan etdilər ki, gələn il Dağlıq Qarabağ münaqişəsi həll olunacaq. Amma heç nə baş vermədi. Bu baxımdan bu bəyanatları deklorasiya kimi qəbul etmək lazımdır.
Dağlıq Qarabağ münaqişəsi Rusiya ilə Qərbin arasında gərək həll olunsun. Rusiya Dağlıq Qarabağı güzəştə gedə bilər. Bunun müqabilində Qərbdən nə isə ala bilər. Qərb Rusiyaya sanksiyalar tətbiq edir. Ola bilsin ki, bu sanksiyalardan qurtarmaq üçün Dağlıq Qarabağ məsələsində güzəştə gedə bilər. Burada Qərbin də marağı çox böyükdür. Çünki Azərbaycan və Ermənistan arasında müharibə vəziyyəti Qərbin regionda böyük layihələrinə zərbə ola bilər. Rusiya da bunu ona görə saxlayır ki, Qərbə nə isə bazarlıq edib istədiklərini alsın”.
  • Yazılıb
  • da (də) 2014 May 28