Arannews - Levon Ter-Petrosyan masonların iclasında iştirak edəcək.
Bu barədə Ermənistanın “İravunk” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, bu yay İrəvanda erməni masonlarının iclası keçiriləcək. Bu iclasda Fransa masonlarının rəhbəri Qi Arseze də iştirak edəcək. Tədbirin kifayət qədər geniş miqyaslı olacağı gözlənilir. Belə ki, baş tutacaq olan iclasa bir sıra siyasətçilərin, o cümlədən Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın da qatılacağı gözlənilir.
Qeyd edək ki, Ermənistanın eks-prezidentidi Levon Ter-Petrosyan 1997-ci ildə Qarabağ danışıqları ilə bağlı müəyyən addımlar atmasından Rusiya tərəfindən parlamentin güllə-baran edilməsi ilə cəzalandırılmışdı. Bunun ardınca Petrosyana qarşı edilən təzyiqlər nəticəsində o, 1998-ci il fevralın 3-də vəzifəsindən istefa vermişdi. Hələ də aktiv siyasətlə məşğul olan Petrosyan yenidən hakimiyyətə qayıtmaq uğrunda mübarizə aparır.