Tarix : 2014 May 28
Kod 43005

Ermənistan ordusu təmas xəttindən keçməyə cəhd göstərib

bu açıqlama ilə Ermənistan Müdafiə Nazirliyi çıxış edib

Arannews - “Bu gecə cəbhənin təmas xəttindən keçmək istəyən Azərbaycanın kəşfiyyat-diversiya qrupunun qarşısı alınıb”.

bu açıqlama ilə Ermənistan Müdafiə Nazirliyi çıxış edib.

Nazirlik Azərbaycan tərəfinin 3 nəfər itki verdiyi barədə məlumat yayıb. Həmçinin Azərbaycan tərəfinin açdığı atəş nəticəsində bir nəfər erməni əsgəri - 1995-ci il təvəllüdlü Erik Vilonoviç Qasparyanın öldüyünü açıqlayıb.

Qeyd edək ki, dünən Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupu cəbhənin təmas xəttindən keçməyə cəhd göstərib. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, nəticədə ordumuzun 1 zabit və 1 giziri şəhid olub, daha bir əsgərimiz isə yaralanıb.


  • Yazılıb
  • da (də) 2014 May 28