Con Kerri Respublika Günü münasibətilə prezident İlham Əliyevə təbrik məktubunda yazıb
Arannews - ABŞ-ın dövlət katibi Con Kerri iddia edib ki, ABŞ demokratik institutların möhkəmləndirilməsinə, açıq bazar iqtisadiyyatının təşviqinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün Azərbaycan ilə əməkdaşlığa sadiqdir.
Con Kerri Respublika Günü münasibətilə prezident İlham Əliyevə təbrik məktubunda yazıb : “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları enerji daşıyıcılarının şaxələndirilməsi və regional təhlükəsizliyin təşviqi ilə bağlı öhdəliklərə sadiqdirlər. Biz Azərbaycana NATO-nun Əfqanıstanda sülhyaratma missiyasındakı tərəfdaşlığına görə xüsusi minnətdarlığımızı bildiririk.”
Kerri əlavə edib : “Siz bu əlamətdar bayramı qeyd etdiyiniz bir vaxtda ABŞ əlaqələrimizin inkişafına və Azərbaycan xalqının daha parlaq gələcəyinə inamını bir daha bəyan edir"!