Tarix : 2014 May 28
Kod 43015

AİP komitə sədrinin məhkəməsi keçirildi

Bu haqda vəkil Anar Qasımlı məlumat verib

Arannews - AİP komitə sədri Famil Şükürovun məhkəməsi keçirildi.

Ötən gün Astara Rayon Məhkəməsində AİP komitə sədri Famil Şükürovun cinayət işi ilə tanışlıq iclası keçirilib

Bu haqda vəkil Anar Qasımlı məlumat verib. Məlumata görə, bu proses cinayət işi ilə tanışlıq iclası olub.

Növbəti məhkəmə iclası iyun ayının 13-nə təyin olunub.

Qeyd edək ki, Famil Şükürov fevralın 17-də Ərçivan kəndində keçirilən aksiyadan sonra saxlanılıb, 1 aylıq inzibati həbs cəzası alıb.

Daha sonra partiya funksioneri barəsində rayon məhkəməsinin qərarı ilə iki aylıq həbs qətimkan tədbiri seçilib.

İstintaqı Daxili İşlər Nazirliyi aparıb.

Famil Şükürov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham edilir.


  • Yazılıb
  • da (də) 2014 May 28