Tarix : 2014 May 29
Kod 43016

Qarabağ müharibəsi başlayacaq

Moskva Qarabağ müharibəsinə başlayacaq

Arannews - Moskva dondurulmuş Qarabağ konfliktini əsl müharibəyə çevirməyə çalışacaq.

Bu sözləri Ermənistanın Regional Araşdırma Mərkəzinin rəhbəri Riçard Kirakosyan deyib. Onun sözlərinə görə, Rusiya öz hakimiyyətinin və siyasi təsirinin Cənubi Qafqazda da genişlənməsinə nail olmaq niyyətindədir. Bu məqsədə isə Dağlıq Qarabağ konflikti yaxşı fürsət verir. 

Münaqişə ocaqlarının Rusiyanın siyasi təsir imkanlarını yetərincə genişləndirdiyini xatırladan politoloq 2008-ci il Gürcüstan olaylarını buna misal göstərib. Onun sözlərinə görə, Ermənistanın hazırkı vəziyyəti Gürcüstanın o dövrki durumundan daha pis ola bilər.

Ermənistanın Krım məsələsində Rusiyanı müdafiə etməklə tarixi yanlışlığa yol verdiyini söyləyən ekspert Qərbin sanksiyalarının İrəvanı iflic edə biləcəyini düşünür:

“Qərb Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməkdə israrlıdır, Krım məsələsində tarixi yanlışlığa yol verən İrəvan isə belə vəziyyətdə daha böyük iqtiadi təcridlə üzləşə bilər”.


  • Yazılıb
  • da (də) 2014 May 29